-
Divan
Azərbaycan anadilli şerinin böyük nümayəndəsi, XIV yüzillikdə yaşamış qüdrətli şair Qazi Bürhanəddin “Divan”ı doğma dilimizdə yazılan və günümüzə qədər gəlib çatan ilk şeir divanıdır. Qazi Bürhanəddin Azərbaycan divan ədəbiyyatının özülünü qoymuş, klassik poeziyanın ilkin gözəl nümunələrini yaratmışdır.