Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qudrətli numayəndəsi dahi şair Xaqani Şirvanidir. O, Nizamiyə qədər ədəbiyyata güclü ictimai humanist məzmun və yuksək sənətkarlıq gətirmişdir. Xaqani Azərbaycan ədəbiyyatında ilk poemanın muəllifi olmuş, coxəsrlik tarixə malik qəsidə janrını əlcatmaz bir yuksəkliyə qaldırmışdır. Onun əsərləri coxcəhətli humanist məzmunu ilə seçilir. İlk dəfə Xaqani irsində şərin ehtiraslı inkarına, xeyrin, gozəlliyin odlu-alovlu təsdiqinə rast gəlirik. Xaqaninin əsərləri dünya ədəbiyyatının, xususən İntibah dövrü sənətkarlarının ən yuksək yaradıcılıq numunələri ilə yanaşı durmağa layiq və qadirdir. Şərqin Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş, ondan təsirlənmiş, bəzi əsərlərinə cavablar yazmışlar. 15-20 il Nizamidən əvvəl yaradıcılığa başlayan Xaqaninin əsərlərində artıq Nizami poeziyasının nəfəsi duyulur. Xـ əsr Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yuksəlmişdir.
Seçilmiş Eserler (Seçilmiş Əsərlər)
₺790,00
Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yuksəlmişdir.
| Yazar | |
|---|---|
| Cilt Bilgisi | Sıvama Cilt – Sert Kapak |
| Sayfa Sayısı | 672 |
| Kitap Boyutları | 15 x 22 xm |









