-
Coğrafya Öğretmeninin Ceketi
₺60,00Ağacı iri gövdeli, çalı çırpısı yaşam sevdalı ırmak; akıp gidiyor, kıvrılıp uzanıyor sonbahar sisinde kaybolup görünen obalara. Irmak yatağına sığınan köy ufak, mini minnacık. Köyün aşağısında ev; çatısı sarkık, boyu alçak, gözü korkak. Evde sadece dört kişi: bir adam, bir kadın; iki çocuk – biri oğlan, biri kız-.
-
-
Kılıç ve Kalem (QILINC VƏ QƏLƏM)
₺420,00Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Ordubadi böyük tədqiqat aparmış,çox qiymətli əsərlər yazmışdır.Hələ 1925-ci ildə “Maarif işçisi” məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi “Fars ədəbiyyatında Nizami” məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi,sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatınıdaha da genişləndirmişdir.1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan “Nizami” almanaxlarında “Nizaminin dövrü və həyatı”(məqalələr silsiləsi,1939),”Böyük şairin yaşadığı mühit”(1947), “Nizami dövründə ədəbiyyat” (1947),”XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,”Nizami” (1939) adlı opera mətnini və “Qılınc və qələm” romanını da yubiley münasibətilə yazmışdır.1941-ci ildə romandan “Bahar” adı ilə bir parça “Revolyusiya və kultura” jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir.Bütövlükdə-“Qılınc və qələm” romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır.Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir.1965-ci ildə əsər İ.Peçenevin tərcüməsi ilə rus dilində çapdan çıxmışdı.
“Qılınc və qələm” Nizami dövründə geniş təbəqələrin vəziyyətini ölkənin xarici əlaqələrini,əsrin ədəbiyyat və incəsənətini,sənətkarlarını.dövlət xadimlərini,xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır.Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən burada ətraflı tədqiqat işi aparmışdır.Əsər külli miqdarda tarixi,elmi,ədəbi məxəzə istinadən yazılmışdır.Nizami haqqında,Xüsusilə onun həyatı barədə məlumaın azlığı müəllifin bir çox halda öz yazıçı təxəyyülünə qanad verməyə vadar etmişdir.Tarixi sənədliliklə bədii təxəyyül romanda ustalıqla əlaqələndirilmişdir.Buna görə də deyə bilərik ki,digər tarixi romanlarına nisbətən “Qılınc və qələm”də yazıçı surətlərin tərsimində daha sərbəst hərəkət etmişdir.
Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutur.Lakin müəllif tək bununla kifayətlənməyərək Nizami dövrünün geniş,hərtərəfli mənzərəsini yaratmağa çalışmışdır.Burada Ordubadi romançılığının bir mühüm xüsusiyyəti-genişliyə,əhatəliliyə,çoxplanlılığa meyl özünü daha bariz şəkildə göstərir və bu “Qılınc və qələm” romanının Nizami haqqında bioqrafik roman çərçivəsindən çıxarır.
Ümumiyyətlə,M.S.Ordubadi romanda bir şəxsin taleyi,bir hadisə,bir qısa dövrün konkret mənzərəsini verməklə kifayətlənmir,onun ilhamı bir qayda olaraq geniş meydan axtarır,əngin səmada qanad çalmağı sevir,məzmun dolğunluğu şərtilə genişlik,ənginlik də verir.”Qılınc və qələm”də də belədir.Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə,xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir etmiş,xalq həyatının geniş lövhələrini yaratmışdır.Buna görədir ki,roman baş qəhrəmanının adı ilə adlandırmır,əsər həyat materialında mühüm yer tutan ilk amilin-xalqın mənəvi və fiziki qüvvəsinin rəmzi olan “Qılınc və qələm” adlandırmışdır.
Ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda mübarizələrdə ad çıxarması,Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması romanda iftixar hissi ilə qeyd olunur.İgid xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə işğalçılara qarşı vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların da köməyinə gedir,həmişə müzəffər qayıdırlar
Mübarizə,müharibə,üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdırsa,onun əsas məsləhətçisi Nizamidir.
Nizami ilə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur.Məhsəti əsərin mükəmməl işlənmiş surətlərindəndir.Ədəbiyyatımızda ilk dəfə “Qılınc və qələm” romanında XII əsr Azərbaycanının ədəbi mühiti,sənətkarların bədii surətləri yaradılmışdır.Xaqani Şirvani,Mücirəddin Beyləqani,Əbül-Üla Gəncəvi və digər sənətkarlar vasitəsi ilə ədib dövrün şeir və sənət məsələlərini işıqlandırmışdır.
Romanda zəngin surətlər qalereyası diqqəti cəlb edir.Azərbaycan atabəyləri-Atabəy Məhəmməd,Qızıl Arslan,Toğrul,Əbubəkr,Atabəy Özbək surətləri baş qəhrəmanın siyasi-ictimai görüşlərinin,dövrün təsvirinə kömək edirsə,Səba xanım,Hüsaməddin və başqaları çmünaqişə xəttinin davamını təmin edir.Qətibə,Əmir İnanc,Toxtamış və digər saray adamlarının surətləri də dolğun təsir bağışlayır.Mənfi planda verilmiş saray ədəbiyyatı nümayəndələri Zəhir Bəlxi,Kəmaləddin Nizaminin fəlsəfi-estetik görüşlərində tənqid hədəfləri kimi verilmişlər.
Bütün əhvalat və şəxsiyyətləri,mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən müxtəlif cəlbedici,maraqlı,axıradək oxucunu ardınca apara bilən quruluş tapmışdır.Romanın sonunda məlum olur ki,Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra son Eldəniz hökmdarı Özbəyi Ələnciq qalasına saldırır,qalada iki əsir qoca bir-birinə öz sərgüzəştlərini danışır.Qocalardan biri Atabəy Məhəmmədin böyük oğlu Qütluğ İnanc,digəri kəndli qızı Gözəldən olan kiçik oğlu Özbəkdir.
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu “Qılınc və qələm” Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır.Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində,şübhəsiz,mühüm yer tutan,oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır.
-
Baş
₺440,00Fikrimcə, əgər “Baş” romanında müəyyən bir tarixi dövrlərdə, bəlli coğrafi məkanlarda baş vermiş hadisələr işıqlandırılmışsa, dövrün qəhrəmanları canlandırılmışsa (bədii sözün gücü, yazıçı təxəyyülünün qüdrətinin vasitəsi ilə olsa da belə), deməli bu, tarixi əsər kimi də qəbul edilməlidir.
-
-
Deli Kür (DƏLİ KÜR İSMAYIL ŞIXLI)
₺480,00Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan “Ayrılan yollar” adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan “Dəli Kür” adlı əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir.
“Dəli Kür” adlı əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir. Kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlicə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.
-
Men şirin lehceli bir bülbülüm (Mən Şirin Ləhcəli Bir Bülbüləm)
₺490,00Ressam sevgilimin resmini gel çek,
Sevgilim güzeldir sen de güzel çek.
Nazına çatanda fırçadan el çek,
Qoy onun nazını men özüm çekim.
Çek onu qaradan qara telini,
Çek, ressam çek onun ince belini.
Gözüne çatanda saxla elini,
Can alan gözünü men özüm çekim.
Çek Tanrı verdiyi güzel qulunu,
Çek dörd bir yanını, sağı solunu.
Çek onun keçdiyi heyat yolunu,
Qoy ayaq izini men özüm çekim.
-
-
Neçin gəlməz (Niçin gelmez)
₺580,00Şuri-eşqin başıma axırı sövda gətirir,
Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.Tari-zülfündü məni böylə giriftar eləyib,
Nə gələ başıma, ol zülfi-mütərra gətirir.Gül üzün görmək əgər mümkün olaydı bir dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,
Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.Könlümü qarət edir eylə ki, tari-zülfün,
Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.Naqənin varmı şüuru bula aşıq guyin,
Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.Yusifin sanma, dübarə görə Yəqub üzün,
Mehr bazarına gör getsə, Züleyxa gətirir.Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,
Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,
Natəvan, mücdə bu gün, qətlinə fərman gətirir. -
Seçilmiş Eserler (Seçilmiş Əsərlər)
₺590,00Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yuksəlmişdir.
-
SİRLƏR XƏZİNƏSİ (Sırlar Hazinesi)
₺590,00“Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,”
“Sirlər xəzinəsi”, Nizami Gəncəvi -
Divan
₺620,00Azərbaycan anadilli şerinin böyük nümayəndəsi, XIV yüzillikdə yaşamış qüdrətli şair Qazi Bürhanəddin “Divan”ı doğma dilimizdə yazılan və günümüzə qədər gəlib çatan ilk şeir divanıdır. Qazi Bürhanəddin Azərbaycan divan ədəbiyyatının özülünü qoymuş, klassik poeziyanın ilkin gözəl nümunələrini yaratmışdır.




















